HAQQIMIZDA

Error message

Warning: html_entity_decode(): charset `S�-�' not supported, assuming utf-8 in _splashify_get_config() (line 435 of /var/www/vhost/transelektrik.az/sites/all/modules/splashify/splashify.display.inc).

2008-ci ildən fəaliyyət göstərən “Transelektrik-N” MMC ölkə ərazisində həyata keçirilən layihələrdə fəal iştirak etmiş, tenderlər qazanmışdır. Bunun bariz nümunəsi kimi dövlət sifarişi ilə Xızı rayonu, Qızılqazma kəndində 6.3 MVA gücündə 1 yarımstansiya, 1000 KWA gücündə 2 yarımstansiya, 630 KWA gücündə 2 yarımstansiya, Şamaxı rayonunun Pirqulu ərazisində 4 MVA gücündə 1 yarımstansiya, Bakı şəhərində bir neçə yarımstansiya quraşdırılmış və təhvil verilmişdir. O cümlədən Sanqaçal “Elevator” layihəsində 1000 KWA gücündə 2 yarımstansiya quraşdırılmış, hal-hazırda isə 110/10 KV gücündə yarımstansiyanın quraşdırılması işləri aparılır.

Eyni zamanda şirkət ən qısa müddətdə və dünya standartlarına cavab verə biləcək keyfiyyətdə PREFABRIK yarımstansiyaların sifarişi və quraşdırılmasını da həyata keçirir.

“Transelektrik-N” MMC-nin energetika obyektlərinin, avadanlıqların və qurğuların quraşdırılması, sazlanması və təmirini həyata keçirməyə lisenziyası var. Hal-hazırda şirkətin həm elektrik malları və avadanlığı, həm də sadalanan fəaliyyət növlərini həyata keçirmək üçün texniki bazası mövcüddur.

“Transelektrik-N” MMC dünyanın aparıcı şirkətlərinin “Schneider”, “Eltaş”, “Best” və s. transformator fabrikalarının Azərbaycan üzrə distribütorudur və halhazırda adıçəkilən şirkətlərin transformatorları anbarlarımızda mövcuddur.

Avtomatika üzrə avropanın aparıcı şirkətləri “Schnieder”, “Moeller”, “Siemens”, “Legrand”, “ABB”, Türkiyənin “Federal”, “ALCE”, “Esitaş” şirkətlərinin avadanlıqlarını yarımstansiyaların quraşdırılmasında istifadə edirik.

Eyni zamanda şirkətimiz "Azərsu", "SOCAR", "Gilan İnşaat" və ölkəmizin digər bir çox önəmli şirkət və təşkilatları ilə əməkdaşlıq edir.

Şirkətimizin gənc olmasına baxmayaraq sözü gedən sahədə müəyyən uğurlara imza atmış və bununla kifayətlənməyərək gələcəkdə də Azərbaycanın elektrik bazarında yeniliklər yaradacaqdır.

Məqsədimiz görülən işlərin ən qısa müddətdə və keyfiyyətli həyata keçirilməsi,

Hədəfimiz istehlakçının məmnuniyyətidir!

Bizimlə çalışmaqla büdcənizə və vaxtınıza qənaət etmiş olarsınız!

Ən xoş arzularla “Transelektrik-N” MMC-nin rəhbərliyi!